“Neftçi” ardıcıl ikinci dəfə Azərbaycan çempionu olub

“Neftçi” ardıcıl ikinci dəfə Azərbaycan çempionu olub
# 15 aprel 2016 08:37 (UTC +04:00)

Bakı – APA. Kişi voleybolçular arasında Azərbaycan çempionatının 2015/2016 mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın qalibi adını “Neftçi” qazanıb.

Son turda Ali Hərbi Məktəbin komandasını 3:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisi 18 xalla bütün rəqiblərini qabaqlayıb.

Gümüş medallar aktivində 13 xalı olan “Ali Hərbi Məktəb”ə qismət olub. Onlardan 1 xal geri qalan “Nəqliyyatçı” isə ilk “üçlüyü” qapayıb.

Qeyd edək ki, “Neftçi” 2014/2015 mövsümündə də çempion adını qazanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR