Uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər proqramı təsdiqlənib

Uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər proqramı təsdiqlənib
# 03 dekabr 2015 11:22 (UTC +04:00)

Bakı - APA. Nazirlər Kabineti “2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqüında qərar qəbul edib.

APA-nın məlumatına görə, qərara əsasən Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin edəcək.

Tədbirlər Proqramının məqsədi vaksinasiya ilə qarşısı alına bilən yoluxucu xəstəliklərin profilaktikasının yaxşılaşdırılması, körpə və uşaq ölümünün səviyyəsinin aşağı salınmasıdır.

Proqramın əsas vəzifələri respublikada bütün uşaqların peyvəndlərlə vaxtında və tam əhatə olunması, immunlaşdırma tədbirlərinin təhlükəsizliyinin təmin edilməsi və keyfiyyətinin artırılması, bu tədbirlərin monitorinqinin təmin olunması və davamlı maliyyələşdirilməsi, keyfiyyətli peyvənd materialları və avadanlıqla təchizatın yaxşılaşdırılması, immunoprofilaktika sahəsində kadr hazırlığının təkmilləşdirilməsi, immunlaşdırma tədbirlərinin səmərəliliyinin yüksəldilməsi məqsədilə əhali arasında maarifləndirmə işinin aparılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR