Tayvanda Azərbaycan günü keçirilib

Tayvanda Azərbaycan günü keçirilib
# 05 avqust 2016 12:19 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Tayvanda keçirilən “Yi-lan Beynəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festival” çərçivəsində Azərbaycan günü keçirilib.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən APA-ya verilən məlumata görə, Azərbaycanı festivalda 11 nömrəli musiqi məktəbi və V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət birləşmiş “Aysel-Buta” Folklor qrupunun üzvləri təmsil edib. Festivalda Azərbaycanın xalq çalğı alətlərində milli musiqilər, "Aysel-Buta" rəqs qrupu tərəfindən "Yallı", "Nəlbəki", "Naz elemə" rəqsləri ifa olunub.

Tamaşaçılarla birgə Azərbaycanın milli yaylıq atma oyunu keçirilib. İdarədən bildiriblər ki, festivalda ölkəmizin qədim mədəniyyətinin təbliği, habelə rəqslərin və milli geyimlərin nümayişi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Avqustun 7-də festival çərçivəsində Azərbaycan mətbəxi günü keçiriləcək.

Qeyd edək ki, festival avqustun 15-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR