Dəməşqin mərkəzi minaatanlardan atəşə tutulub, 8 nəfər ölüb, 20 nəfər yaralanıb

Dəməşqin mərkəzi minaatanlardan atəşə tutulub, 8 nəfər ölüb, 20 nəfər yaralanıb
# 24 iyul 2016 20:20 (UTC +04:00)

Bakı-APA. Suriyanın paytaxtı Dəməşqdə restoran minaatanlardan atəşə tutulub.

APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində biri azyaşlı olmaqla 8 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

İnsident hökumət qüvvələrinin nəzarəti altında olan ərazidə, şəhərin mərkəzində baş verib. Hadisə ilə bağlı məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR