“Qarabağ” afrikalı hücumçu ilə danışıq aparır

“Qarabağ” afrikalı hücumçu ilə danışıq aparır
# 01 avqust 2016 10:14 (UTC +04:00)

Bakı – APA. Hücumçu axtarışında olan “Qarabağ” bir futbolçu ilə danışıq aparır. Apasport.az soccerladuma.co.za saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi “Anortosis”in üzvü Dino Ndlovunu heyətinə qatmaqda maraqlıdı.

Hazırda klublar arasında danışıqlar gedir. Kiprlilərin bu təklifə “hə” və ya “yox” cavabı verdiyi açıqlanmayıb.

Cənubi Afrika Respublikası (CAR) yığmasının da formasını geyinən Ndlovu 2015-ci ildən “Anortosis”in uğurları üçün çalışır. 26 yaşlı forvard Kipr çempionatında debüt mövsümündə 28 oyunda 16 qola imza atıb.

Qeyd edək ki, Dino Ndlovu əvvəllər İsrailin “Bney Yehuda”, “Makkabi” (Hayfa), ölkəsinin isə “Mamelodi”, “Bloemfonteyn”, “Supersport Yunayted” və “Mpumapanqa” klublarında çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR