Serj Sarkisyan Vyana görüşündən razı qalıb

Serj Sarkisyan Vyana görüşündən razı qalıb
# 17 may 2016 11:47 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistan prezidenti Serj Sarkisyan ötən gün Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün nəticələrindən razı qaldığını açıqlayıb.

APA-nın RİA "Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə o, ATƏT-in Minsk qrupu həmsədri olan dövlətlərin xarici işlər nazirlərinin və həmsədrlərin iştirakı ilə Vyanada keçirilən görüşdən qayıdarkən təyyarədə ermənistanlı jurnalistlərə açıqlamasında deyib.

S. Sarkisyan bildirib ki, əsas məqsəd həqiqətən danışıqların dalana dirəndiyini və müharibədən başqa variantın olmadığını, yoxsa daha az itki ilə problemin həllinin mümkünlüyünü aydınlaşdırmaq olub: “Ümumilikdə mən və həmkarlarım görüşdən razıyıq. Görüşdə Azərbaycan prezidenti bəyan etdi ki, hər hansı problemin hərbi yolla həlli məqsədini güdmür. Hadisələrin necə inkişaf edəcəyini izləmək lazımdır. İstəyimiz odur ki, bu nəticə sülh yolu ilə olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR