Prokuror xuliqanlıqda ittiham olunan jurnalistə cəza istəyib

Prokuror xuliqanlıqda ittiham olunan jurnalistə cəza istəyib
# 18 may 2016 13:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Nizami rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan jurnalist Elçin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, onun 3 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Elçin Həsənovun vəkili Fariz Namazlı isə müdafiə nitqi ilə çıxış edərək, ittihamların əsassız olduğunu deyib və onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmə prosesi mayın 25-də davam edəcək.


Qeyd edək ki, Elçin Həsənovun barəsində “Asiya” agentliyinin keçmiş rəhbəri Cəfər Cəfərovun şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb. Elçin Həsənov Cinayət Məcəlləsinin 221.1-ci maddəsi (xuliqanlıq) ilə ittiham olunur. E. Həsənov "Yüksəliş naminə" qəzetinin redaktor müavini olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR