Gəncə sakini dayancaqda dünyasını dəyişib

Gəncə sakini dayancaqda dünyasını dəyişib
# 26 yanvar 2016 22:02 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakini dayancaqda ürək tutmasından keçinib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində, Dəmir yolu vağzalı yaxınlığında baş verib. Gəncə şəhər sakini, 1962-ci il təvəllüdlü Verdiyev Malik Salman oğlu işdən çıxaraq dayancaqda avtobus gözləyərkən yerə yıxılıb. Ona dərhal tibbi yardım göstərilsə də M. Verdiyevin həyatını xilas etmək mümkün olmayıb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb. Məlum olub ki, Malik Verdiyevin üzərində heç bir xəsarət yoxdur və o ürək tutmasından dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR