Coğrafiya İnstitutu: 2016-cı ildə Azərbaycan ərazisində yağıntının miqdarı artıb

Coğrafiya İnstitutu: 2016-cı ildə Azərbaycan ərazisində yağıntının miqdarı artıb
# 14 mart 2016 10:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “2016-cı ildə ölkə ərazisində atmosfer yağıntılarının miqdarı artıb. Bu il bolsulu ildir. Ümumiyyətlə, yağış çox yağıb. Demək olar ki, hər həftə yağış yağır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Rəna Qaşqay deyib.

Şöbə müdiri qeyd edib ki, yaz aylarında çaylarda gursululuğun olacağı ehtimalı var: “Yağışların yağmasından görünür ki, çaylarda gursululuq olacaq. Daşqınların olub-olmaması isə atmosfer yağıntılarının həcmindən asılı olacaq. Havanın temperaturu birdən-birə yüksəlsə, qar əriyəcək. Belə olan halda isə daşqınlar baş verə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR