"Silk Way Helicopter Services" neft-qaz sektoruna xidmət dairəsini genişləndirib

"Silk Way Helicopter Services" neft-qaz sektoruna xidmət dairəsini genişləndirib
# 15 aprel 2016 08:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Silk Way Helicopter Services” MMC (SWHS) kommersiya helikopter şirkətinə quruda və dənizdə neft-qaz platformalarında OGP (Oil & Gas Producers Standard) standartlarına uyğun xarici yük asqısı işləri üçün rəsmi xidmət təminatçısı statusu verilib.

Şirkətinin mətbuat xidmətidən “APA-Economics”ə verilən məlumata görə, bu xidmətlərin əsas istiqaməti neft-qaz platformalarında fakel boruların dəyişilməsinə yönəlib, həmçinin iritutumlu yüklərin çətin dislokasiya yerlərinə daşınması üzrə xidmətlərin geniş spektrini əhatə edir.

Əməliyyatlar Amerikanın “Sikorsky” şirkətinin hava donanmasının əsas tərkib hissəsi olan “S-92” model ağır helikopterlər vasitəsilə həyata keçirilir.

Dəniz və qurudakı qurğularda fakel boruların dəyişdirilməsi unikaldır. Belə ki, dünyada bu cür əməliyyatları yerinə yetirən aviaşirkətlərin sayı çox məhduddur. Bu uçuşları yerinə yetirmək üçün hava gəmisi ekipajının zərgər məharəti, hava gəmisinin yüksək texnoloji texniki təchizatı və aviaşirkətin bütün əlaqədar xidmətlərinin nizamlı işi tələb olunur.

SWHS öz növbəsində Xəzər dənizi, həmçinin Rusiya, Afrika və Cənub-Şərqi Asiya regionlarında potensial müştərilərə xidmət göstərməyə hazırdır.

Aşağıdakı linkdə videoçarx ilə tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=Nxkda3kptvE

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR