Makedoniya prezidenti: “Bakı forumu əla fürsətdir”

Makedoniya prezidenti: “Bakı forumu əla fürsətdir”
# 10 mart 2016 11:33 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Bu forum indiki, sabiq prezidentlər, baş nazirlər, ekspertlər üçün görüşmək və hamımız üçün problem yaradan mövcud çağırışlara qarşı həll yolu tapmaq baxımından əla fürsətdir”.


APA-nın xəbərinə görə, bunu IV Qlobal Bakı Forumunda iştirak edən Makedoniya prezidenti George İvanov deyib.

Azərbaycan və Makedoniya arasındakı münasibətlərə toxunan prezident qeyd edib ki, iki ölkə arasında 20 ildən çoxdur diplomatik münasibətlər mövcuddur: “Bakıda iqtisadi maraqlarımızı təmsil edən nümayəndəliyimiz var. Lakin iqtisadi əlaqələrimiz görmək istədiyimiz səviyyədə olmadığı üçün ümid edirik ki, bu əlaqələr genişlənəcək. Biz Balkanlardan olan insanlar kimi Qafqazda özümüzü çox rahat hiss edirik. Çünki bizi birləşdirən ortaq təcrübələrimiz mövcuddur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR