“Bank Respublika” bu ilin III rübünü 2,3 milyon manat zərərlə başa vurub

“Bank Respublika” bu ilin III rübünü 2,3 milyon manat zərərlə başa vurub
# 20 noyabr 2015 11:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-cü ilin III rübündə “Bank Respublika”nın aktivlərinin həcmi 757,685 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 53,68% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin oktyabr ayının 1-i ilə müqayisədə bu ilin eyni dövründə bankın kredit portfeli 2,41% artaraq 308,499 mln. manat olub. Hesabat dövründə bankın istehlak kreditlərinin həcmi 149,297 mln. manata bərabər olub.

Bununla yanaşı, bankın vaxtı keçmiş kreditlərinin həcmi 32,941 mln. manata bərabər olub. Başqa sözlə, bankın kredit portfelində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,68%-ə bərabər olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 35,76% artaraq 438,621 mln. manata çatıb. Bu ilin oktyabrın 1-nə əhalinin əmanətlərinin həcmi isə 211,336 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 60,66% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 9,28% artaraq 70,442 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 37 mln. 461 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 25,76% artaraq 62,094 mln. manata çatıb. Hesabat dövründə bankın xərcləri 41,056 mln. manat olub.

Bu ilin 9 ayını bank 2,302 mln. manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR