Bakıda 3 otaqlı ev yanıb

Bakıda 3 otaqlı ev yanıb
# 26 fevral 2016 03:22 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin mətbəxinin yanar konstruksiyaları, 1 ədəd paltaryuyan maşın, mebel dəsti və dam örtüyü 10 kv.m sahədə (ümumi 20 kv.m) yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR