Dövlət Komitəsi: Məişət zorakılığı qurbanlarının hüquqlarının bərpasına nəzarət gücləndiriləcək

Dövlət Komitəsi: Məişət zorakılığı qurbanlarının hüquqlarının bərpasına nəzarət gücləndiriləcək
# 20 dekabr 2019 16:16 (UTC +04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etmiş məişət zorakılığı qurbanlarının hüquqlarının bərpasına nəzarətin gücləndirilməsi Hüquqi təminat şöbəsinə tapşırılıb.

APA-nın məlumatına görə, bu barədə Komitənin ilin yekunları ilə bağlı hesabatında məlumat verilib. Hesabatda Hüquqi təminat şöbəsinə yerli rayon icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları ilə işləri daha da gücləndirməsi də tapşırılıb.

Eyni zamanda, Regional mərkəzlərlə iş şöbəsi regional mərkəzlərdə ailə, qadın və uşaq problemləri istiqamətində görülən işləri, tədbirləri daha da gücləndirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR