Qoşqar Təhməzli: "Gələn ildən heyvanların identifikasiyası həyata keçiriləcək"

Qoşqar Təhməzli: "Gələn ildən heyvanların identifikasiyası həyata keçiriləcək"
# 04 dekabr 2019 13:35 (UTC +04:00)

"Heyvan sağlamlığı olmadan qida təhlükəsizliyini təmin etmək mümkün deyil. Bizim birinci məqsədimiz Azərbaycanda zoonoz-heyvan mənşəli xəstəliklərin qarşısını almaq, heyvanların identifikasiyasını həyata keçirməkdir".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə 2020-ci ildən başlayaraq əvvəl Abşeron, sonra rayonlarda heyvanların identifikasiyası həyata keçiriləcək:

"Hesab edirəm ki, rəqəmsallaşma inkişaf etdiyi üçün 2019-2025-ci illər Dövlət Proqramının sonuna qədər daha yeni inzibati metodlar çıxacaq ki, bununla Azərbaycanda heyvanlar üzərində identifikasiyanı həyata keçirə biləcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR