Astarada İran vətəndaşı saxlanılıb

Astarada İran vətəndaşı saxlanılıb
# 08 may 2018 15:27 (UTC +04:00)

Astarada İran vətəndaşı saxlanılıb.

APA-nın cənub bürosunun məlumatına görə, Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının vətəndaşı Abanqa Viznə Əmin Əli oğlu Astara şəhəri dənizkənarı park ərazisində tutulub.

Onun üzərinə baxış keçirilərkən əynində olan bel çantasından üç bükümdə, ümumi çəkisi 1,030 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Şübhəli şəxs qismində saxlanılan Abanqa Viznə Əmin Əli oğlu ifadəsində narkotik vasitəni İran İslam Respublikasında Rüstəm adlı şəxsdən əldə etdiyini və qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətirdiyinin bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR