Bakıda mağazalarda qanunsuz dini ədəbiyyat satışının qarşısı alınıb

Bakıda mağazalarda qanunsuz dini ədəbiyyat satışının qarşısı alınıb
# 21 oktyabr 2016 09:35 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda mağazalarda qanunsuz dini ədəbiyyat satışının qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları tərəfindən oktyabrın 20-də Qaradağ rayonunun ərazisində yerləşən ticarət mərkəzindəki 5 (beş) mağazadan satışına razılıq verilməmiş və nəzarət markası ilə markalanmamış 287 ədəd dini təyinatlı ədəbiyyat, 7 ədəd CD və DVD aşkar edilərək götürülüb.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 516.0.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR