İŞİD Əfqanıstandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Əfqanıstandakı  terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
# 29 iyul 2018 18:21 (UTC +04:00)

İŞİD terror qruplaşması Əfqanıstanın Cəlalabad şəhərində törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb.

Ötən gün Cəlalabadda tibb mərkəzinin qarşısında terrorçu-kamikadze özünü partladıb. Bundan əvvəl partlayış nəticəsində 2 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı bildirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR