ETSN: Yanğının meşə fondu torpaqlarına keçməsinin qarşısı alınıb

ETSN: Yanğının meşə fondu torpaqlarına keçməsinin qarşısı alınıb
# 27 iyul 2015 07:25 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. İyulun 26-da Qəbələ rayonu ilə Ağdaş rayonu arasında olan ərazidəki taxıl sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin və ETSN-nin müvafiq yerli qurumlarının əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin birgə səyləri nəticəsində yanğının meşə fondu torpaqlarına keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində meşə sahəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR