Azərbaycan Beynəlxalq Bankı və "Azercell" xüsusi kobrend kartını təqdim ediblər - FOTO

Azərbaycan Beynəlxalq Bankı və "Azercell" xüsusi kobrend kartını təqdim ediblər - FOTO
# 19 dekabr 2019 13:01 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankı “Azercell Telekom” şirkəti ilə birgə sözügedən mobil rabitə operatorunun abunəçiləri üçün xüsusi kobrend kartını təqdim edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu kart öz sahibinə gündəlik xərclərindən qazanmaq fürsəti yaradır. Belə ki, kart sahibi nağdsiz ödənişlər zamanı hər 1 manat üçün 1 bal əldə edərək, toplanmış balları şəbəkədaxili danışıq dəqiqələrinə və ya meqabaytlara dəyişə bilər. Bu imkandan yararlanmaq üçün müvafiq açar sözü 2937 qısa nömrəsinə SMS göndərmək kifayətdir.

Kart üzrə SMS xəbərdarlıq və nağdlaşdırma xidməti üçün heç bir komissiya tutulmur. Müddəti 4 il olan kartı istənilən “Azercell” abunəçisi 24 dekabrdan etibarən cəmi 20 manat ödəməklə Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrindən əldə edə, eləcə də Bankın rəsmi internet səhifəsindən (https://ibar.az/az/azercell-co-brand/) sifariş verə bilər.

“Bu kartın ən mühüm özəlliyi Azərbaycan bazarında hər biri öz sahəsinin lideri olan iki böyük şirkətin tərəfdaşlığının nəticəsi kimi ortaya çıxmasıdır. Ümid edirik ki, tərəfdaşlıq layihələrimiz bundan sonra da davamlı olacaq. Azərbaycan Beynəlxalq Bankı və “Azercell”in birləşən imkanları insanlarımızın həyatına yeni faydalar gətirəcək”, - deyə Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov qeyd edib.

“Texnologiyaların sürətlə inkişaf etdiyi bir zamanda bizim ölkənin aparıcı mobil operatoru kimi ən böyük vəzifəmiz istifadəçilərimizin gündəlik həyat prosesləri və işgüzar əməliyyatlarının daha da rahat şəkildə yerinə yetirilməsi üçün yeni məhsul və həllərin işlənib hazırlanmasıdır. Bu baxımdan, strateji tərəfdaşımız olan Azərbaycan Beynəlxalq Bankı ilə müştərək şəkildə istifadəyə buraxılan kart bir əməliyyat zamanı Azercell abunəçilərinə ikiqat fayda qazandıraraq onların həyatını daha mobil etməyə imkan yaradacaq”, - deyə “Azercell”in prezidenti Vahid Mürsəliyev bildirib.

Kobrend kartlarını AZN-lə yanaşı, USD və EUR hesablarında da açdırmaq olar. Azərbaycan Beynəlxalq Bankının “Qayğıkeş” layihəsi çərçivəsində bankla tərəfdaş məkanlarda bu kartla və bankın POS terminalları ilə ödəniş zamanı müştəri xərclədiyi vəsaitin 20%-dək hissəsini dərhal kart hesabına geri alır. Tezliklə, kartın kredit imkanları da müştərilərin istifadəsində olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR