Ermənistan müxalifəti İrəvanda yenidən aksiyalara başlayır

Ermənistan müxalifəti İrəvanda yenidən aksiyalara başlayır
# 29 aprel 2018 10:34 (UTC +04:00)

Bu gün Ermənistanda müxalif hərəkatın lideri Nikol Paşinyan tərəfdarlarını yenidən İrəvan küçələrində vətəndaş itaətsizliyinə çağırıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, N. Paşinyan bunu "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

N. Paşinyan bütün tərəfdarlarını saat 12.00-da yol və prospektləri bağlamağa, avtomobillərin hərəkətini dayandırmağa çağırıb. Müxalif lider daxili siyasi böhranın həll olunmasına yaxınlaşdıqlarını bildirib: "Biz sübut etməliyik ki, bizim hərəkatımız ayaq üstə möhkəm dayanıb. Saat 19.00-da Respublika meydanında mitinq elan edirəm".

Qeyd edək ki, aprelin 13-də başlayan etiraz aksiyaları nəticəsində baş nazir Serj Sərkisyan istefa verib. Aprelin 25-də Daşnaksütun Partiyası Respublika Partiyası ilə formalaşdırılan hakim koalisiyadan çıxdığını elan edib. Parlament mayın 1-də yeni baş naziri seçməlidir. Dünən hakim Respublika Partiyası baş nazir postuna namizəd irəli sürməyəcəyini bəyan edib. Artıq bir neçə partiya N. Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləməyə hazır olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR