Beyləqan sakini həmyerlisini toyda güllələyib - YENİLƏNİB

Beyləqan sakini həmyerlisini toyda güllələyib - <span style="color: red;">YENİLƏNİB
# 06 aprel 2017 09:12 (UTC +04:00)

Beyləqanda baş verən silahlı insidentlə bağlı bəzi məqamlar məlum olub.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun SMD qəsəbəsində keçirilən toy mərasimində qeydə alınıb.

Toyda iştirak edən Nadir Mirzəyevin Malik Zalovla mübahisəsi düşüb. Nəticədə N. Mirzəyev odlu silahdan atəş açaraq M. Zalovu yaralayıb.

Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əli Məmmədov APA-nın yerli bürosuna bildirib ki, M. Zalov sol bazu nahiyəsindən güllə yarası alıb.

İlkin tibbi yardım göstərildikdən sonra M. Zalov yaxınları tərəfindən Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

***

saat 10.20

Beyləqanda silahlı insident olub.

Beyləqan rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon sakini, 1972-ci il təvəllüdlü Malik Əbdülhüseyn oğlu Zalov həmyerlisi, 1958-ci il təvəllüdlü Nadir Qəzəb oğlu Mirzəyev tərəfindən güllələnib. M. Zalov xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən N. Mirzəyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR