Hamburqda etirazçılarla toqquşmalarda 76 polis əməkdaşı xəsarət alıb

Hamburqda etirazçılarla toqquşmalarda 76 polis əməkdaşı xəsarət alıb
# 07 iyul 2017 05:49 (UTC +04:00)

Almaniyanın Hamburq şəhərində etirazçılarla toqquşmalarda 76 polis əməkdaşı xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə şəhər polis idarəsinin məlumatında bildirilir.

Xəsarət alanlardan bir nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına ambulator tibbi yardım göstərilib.

Qeyd edək ki, bu gün Hamburqda “G-20” sammiti keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR