Bakıda atasının pulunu və qızıllarını oğurlayan şəxs tutulub

Bakıda atasının pulunu və qızıllarını oğurlayan şəxs tutulub
# 05 sentyabr 2017 12:05 (UTC +04:00)

Bakı şəhərində atasının pulunu və qızıllarını oğurlayan oğul tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 18-də Xətai rayonu ərazisində yaşayan İntiqam Ələkbərov 36-cı Polis Bölməsinə müraciət edərək həmin gün evindən 2300 manat pulun və 1300 manat dəyərində qızıl əşyalarının oğlu Səxavət tərəfindən oğurlandığını bildirib. Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səxavət Ələkbərov saxlanılıb. O, hadisəni törətdiyini etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR