"Elektron hökumət" portalına 7 yeni elektron xidmət inteqrasiya edilib

"Elektron hökumət" portalına 7 yeni elektron xidmət inteqrasiya edilib
# 16 yanvar 2017 14:14 (UTC +04:00)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına yeni elektron xidmətlər inteqrasiya olunub.

Bu barədə “APA-Economics”ə Məlumat Hesablama Mərkəzindən məlumat verilib.

Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin daha 7 yeni elektron xidməti portala inteqrasiya edilib:

- “Aqrolizinq” ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiq edilməsi barədə müraciətlərin qəbulu”,

- “Heyvan və quşların ölkəyə müvəqqəti daxil olması və ölkədən müvəqqəti çıxarılması üçün müraciətin qəbulu”,

- “Bitki və bitkiçilik məhsullarının ixracına fitosanitar sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu”,

- “Müraciət nömrəsinə görə müraciətlərin statusunun yoxlanması”,

- “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalına rəyin verilməsi üçün müraciətin və sənədlərin qəbulu”,

- “Ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının verilməsi üçün müraciətin və sənədlərin”,

- “Bitki və bitkiçilik məhsullarının təkrar ixracına təkrar ixracat fitosanitar sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu”

Qeyd edək ki, “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması istiqamətində qısa müddət ərzində görülən genişmiqyaslı işlər nəticəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən göstərilən 22 elektron xidmət "Elektron hökumət” portalına inteqrasiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR