Ağstafada dəmiryolu xəttinin kənarında top mərmisinin gilizi aşkarlanıb

Ağstafada dəmiryolu xəttinin kənarında top mərmisinin gilizi aşkarlanıb
# 31 iyul 2017 08:22 (UTC +04:00)

Ağstafada dəmiryolu xəttinin kənarında top mərmisinin gilizi aşkar edilib.

ANAMA-dan APA-ya verilən məlumata görə, Ağstafa rayonu Saloğlu qəsəbəsi “AzTelekom MMC″ tərəfindən Bakı-Böyük Kəsik dəmiryol xəttinin həmin qəsəbədən keçən hissəsinin kənarında qazıntı işləri aparılan əraziyə baxış keçirilib. Adıçəkilən ərazidən 1 ədəd top mərmisinin gilizi (boş) aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR