Azərbaycanın İstanbuldakı baş konsulu İstanbul universitetinin rektoru ilə görüşüb

Azərbaycanın İstanbuldakı baş konsulu İstanbul universitetinin rektoru ilə görüşüb
# 20 oktyabr 2016 18:13 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Məsim Hacıyev İstanbul universitetinin rektoru, professor Mahmud Ak ilə görüşüb.

Baş konsulluqdan APA-nın Türkiyə bürosuna verilən xəbərə görə, görüşdə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin inkişaf etdirilməsində ali məktəblərin rolu məsələsi müzakirə edilib. Rektor Mahmud Ak baş konsul Hacıyevi İstanbul universitetində tələbə alan azərbaycanlı tələbələrin ümumi vəziyyəti barədə məlumatlandırıb. Bağlanmış Fatih universitetinin 81 azərbaycanlı tələbəsinin İstanbul universitetinə köçürülməsi məsələsi də görüşün müzakirə predmetlərindən birini təşkil edib.

Azərbaycana səfərinin planlaşdırılması barədə baş konsul Məsim Hacıyevə məlumat verən rektor Mahmud Ak, Azərbaycan Dövlət Tibb Universiteti və Gəncə Dövlət Universiteti ilə imzalamağı nəzərdə tutduqları əməkdaşlıq protokollarının məzmunu barədə də danışıb.

Baş konsul Məsim Hacıyev Azərbaycanla əlaqələrin dərinləşdirilməsi üçün İstanbul universitetinin atacağı addımlara diplomatik qaydalar çərçivəsində dəstək verəcəklərini bildirib.

Görüşdə konsul Esmira Hüseynova iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR