Misir ordusu Sinay yarımadasında 50-dən çox terrorçunu məhv edib

Misir ordusu Sinay yarımadasında 50-dən çox terrorçunu məhv edib
# 08 noyabr 2016 00:34 (UTC +04:00)

Misir ordusu Sinay yarımadasında 50-dən çox İŞİD-ə yaxın “Ənsər Beyt əl-Makdis” qruplaşmasının silahlısı məhv edilib.

APA-nın məlumatına görə, bu barədə Misir müdafiə nazirliyinin açıqlamasında bildirilib.

Məlumatda həmçinin 30-dək silahlının yaralandığı vurğulanır.

“Terrorçuların Şeyx-əz-Zuveyd şəhəri yaxınlığında yerləşən hərbi blok-posta hazırladıqları hücumun qarşısı alınıb. Onların mövqeləri ağır artilleriya qurğularından şiddətli atəşə tutulub”, məlumatda deyilir.

Qeyd edək ki, Misir ordusu artıq iki ildən çoxdur ki, Sinay yarımadasının şimalında ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR