Rusiyada iki avtomobil toqquşub, 6 nəfər ölüb

Rusiyada iki avtomobil toqquşub, 6 nəfər ölüb
# 29 dekabr 2016 11:15 (UTC +04:00)

Rusiyanın Stavropol vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində altı nəfər ölüb.

İlkin versiyaya görə, VAZ “Priora” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın yolun qarşı tərəfinə çıxaraq “Niva” markalı avtomobillə toqquşub.

“Priora”da olan 5 nəfər və “Niva”nın sürücüsü hadisə yerində ölüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR