ATƏT PA-nın məruzəçisi: “Həmsədrlər münaqişənin həlli üçün bütün alətlər və mexanizmlərdən istifadə etməlidir”

ATƏT PA-nın məruzəçisi: “Həmsədrlər münaqişənin həlli üçün bütün alətlər və mexanizmlərdən istifadə etməlidir”
# 24 fevral 2017 09:38 (UTC +04:00)

“Dağlıq Qarabağda 2016-cı ildə yaşananlar münaqişəsinin ən qızğın eskalasiyası olub”.


APA-nın məlumatına görə, bu barədə ATƏT Parlament Assambleyasının Siyasi və təhlükəsizlik məsələləri üzrə komitəsinin məruzəçisi, isveçli Marqareta Sederfelt komitənin qış sessiyası çərçivəsində keçirilən iclasında deyib.

M. Sederfelt bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli üçün bütün alətlərdən və mexanizmlərdən istifadə etməlidir. O qeyd edib ki, Dağlıq Qarabağ da daxil olmaqla, ATƏT məkanındakı münaqişələr konstruktiv dialoq çərçivəsində həllini tapmalıdır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR