Dələduzluqda təqsirləndirilən vəkilə hökm oxunub

Dələduzluqda təqsirləndirilən vəkilə hökm oxunub
# 10 mart 2017 10:09 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Seyfulla Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S. Cəfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, S. Cəfərov 13 nəfər zərərçəkmiş şəxsə qarşı ümumilikdə 50 min manat məbləğində dələduzluq edib. O, yaxınları həbsxanada olan şəxslərə köməklik göstərəcəyini deyərək, ayrı-ayrı şəxslərin külli miqdarda pulu ələ keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR