Bakı-APA. FHN Zaqatalada baş vermiş yanğınla bağlı məlumat yayıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Zaqatala rayonu, Aşağı Tala kəndində ümumi sahəsi 28 m2 olan tütün fermentləmə sexində 2,5 ton tütün yanıb.
Bitişik sexlər yanğından mühafizə olunub. Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.