“Azərtac” və dörd dövlət qurumunun hüquqi statusu dəyişdirilib

“Azərtac” və dörd dövlət qurumunun hüquqi statusu dəyişdirilib
# 24 noyabr 2016 14:49 (UTC +04:00)

Azərbaycan Dövlət İnformasiya Agentliyi, Müəllif Hüquqları Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və Dənizkənarı Bulvar İdarəsinin hüquqi statusu dəyişdirilib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq fərman imzalayıb.

Dövlət başçısının dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı fərmana əsasən, Azərbaycan Dövlət İnformasiya Agentliyi, Müəllif Hüquqları Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və Dənizkənarı Bulvar İdarəsi publik hüquqi şəxslər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR