Dövlət Departamenti: ABŞ İŞİD-ə qarşı Türkiyə ilə əməkdaşlığın davam edəcəyinə ümid edir

Dövlət Departamenti: ABŞ İŞİD-ə qarşı Türkiyə ilə əməkdaşlığın davam edəcəyinə ümid edir
# 02 noyabr 2016 23:02 (UTC +04:00)

Rəsmi Vaşinqton İŞİD-ə qarşı Suriyada Türkiyə ilə əməkdaşlığın davam edəcəyinə ümid edir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

“Türkiyə NATO üzvü olaraq qalır və terrorçulara qarşı əməliyyatlara mühüm töhfə verməkdə davam edir. Güman edirik ki, sıx əməkdaşlığımız bundan sonra da davam edəcək”, deyə Kirbi qeyd edib.

Rusiya ilə Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması barədə sualı cavablandıran Kirbi bunun rəsmi Vaşinqton tərəfindən alqışlandığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR