Zaqatalada piyada vurulub

Zaqatalada piyada vurulub
# 19 oktyabr 2016 07:53 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada 33 yaşlı kişi avtomobillə həmkəndlisini vurub.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə oktyabrın 18-i axşam saatlarında rayonun Muxax kənd ərazisində qeydə alınıb.

Kənd sakini, 1983-cü il təvəllüdlü Əfqan Şəmsəddin oğlu Süleymanov idarə etdiyi “Mercedes” markalı, 62 BH 974 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qəfildən maşının hərəkət zolağına çıxan piyada, həmkəndlisi 1956-cı il təvəllüdlü Mahmud Məmmədşərif oğlu Musayevi vurub.

M. Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) travmatologiya şöbəsinə yerləşdirilib.


Ona lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.


Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR