Şahin Mustafayev BƏƏ-yə gedir

Şahin Mustafayev BƏƏ-yə gedir
# 18 aprel 2017 13:55 (UTC +04:00)

Bu gün iqtisadiyyat naziri, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri hökumətləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.


Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, iki gün davam edəcək səfər çərçivəsində Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri hökumətləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin iş adamları arasında görüş, eləcə də bir sıra ikitərəfli görüşlər keçiriləcək, Azərbaycan nümayəndə heyəti istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR