Korrupsiyaya cinayətləri üzrə 25 milyon manatlıq əmlak üzərinə həbs qoyulub

Korrupsiyaya cinayətləri üzrə 25 milyon manatlıq əmlak üzərinə həbs qoyulub
# 25 iyul 2018 08:08 (UTC +04:00)

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işləri üzrə 25 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulub.

APA-nın məlumatına görə, bu barədə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib. O qeyd edib ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 51 milyon 194 min manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 16 milyon 578 min manat və ya 32,5 % ödənilməsi təmin edilib. Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 25 milyon 342 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR