Biləsuvarda iki mağazadan oğurluq edilib

Biləsuvarda iki mağazadan oğurluq edilib
# 12 yanvar 2017 15:26 (UTC +04:00)

Biləsuvarda mağazalardan oğurluq edilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospekti və Xəqani küçələrində yerləşən ərzaq mağazalarında qeydə alınıb. 1980-ci il təvəllüdlü Abbasov Ruslan Şirvan Oğluna məxsus mağazalardan ötən ilin dekabr və yanvar aylarında ümumi dəyəri 3610 manat olan siqaret, danışıq kartları və nağd pul oğurlanıb.

Faktla bağlı Biləsuvar rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR