Masallıda aprel şəhidinin ev muzeyi yaradılıb

Masallıda aprel şəhidinin ev muzeyi yaradılıb
# 04 aprel 2017 13:09 (UTC +04:00)

Masallı rayonunun Kalinovka şəhərində aprel döyüşlərində şəhid olan əsgərin ev muzeyi yaradılıb.

APA-nın cənub bürosunun xəbərinə görə, ötən ilin aprelin 4-də şəhid olan 1995-ci il təvəllüdlü Nurlan Bayram oğlu Əsgərov rayonun Kalinovka kəndində anadan olub. O, 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün könüllü olaraq hərbi xidmətini baş əsgər rütbəsində davam etdirib.

Ötən ilin aprelində şəhidlik zirvəsinə ucalan N. Əsgərovun evində muzey yaradılıb. Muzeydə Nurlana aid hərbi geyimlər, xidmət zamanı aldığı təltiflər, fotolar, idman əşyaları nümayiş olunur.

Qeyd edək ki, şəhidin xatirəsinə kəndin mərkəzində abidə və bulaq inşa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR