Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
# 25 noyabr 2016 14:05 (UTC +04:00)

Tovuzda bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-2107”nin sürücüsü, Şamlıq kənd sakini, 1997-ci il təvəllüdlü Mətləb Zeynalov müxtəlif bədən xəsarətləri alıb. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR