Şabranda dağdan sürüşərək dərəyə yuvarlanan şəxs xilas edilib

Şabranda dağdan sürüşərək dərəyə yuvarlanan şəxs xilas edilib
# 31 iyul 2015 03:54 (UTC +04:00)

Bakı-APA. Şabranda vətəndaş dağdan dərəyə yuvarlanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şabran rayonunun Qalaltı kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaş hündürlüyü 20 metr olan dağdan sürüşərək dərəyə yuvarlanması nəticəsində bədən xəsarətləri alıb. Yanğınsöndürən-xilasedicilər hadisə yerinə gələrək vətəndaşı dərədən çıxararaq adiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 22:10-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR