Putin Rusiya üçün son 20 ilin ən ağır hadisələrini açıqlayıb

Putin Rusiya üçün son 20 ilin ən ağır hadisələrini açıqlayıb
# 19 dekabr 2019 16:31 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın rəhbərliyində olduğu son 20 il ərazində onun üçün ən ağır hadisələri açıqlayıb.

APA-nın Moskva müxbiri Rusiya Prezidentinin illik mətbuat konfransından xəbər verir ki, V. Putin Beslan və Dubrovkada törədilən terror aktlarının onun üçün ən ağır hadisə olduğunu deyib və bunu heç vaxt unutmayacağını bildirib.

“Sizi tarixi şəxsiyyət adlandırmaq olarmı” sualına cavabında isə Rusiya lideri bildirib ki, onun bu suala cavab verməsi düzgün olmazdı.

“Hesab edirəm ki, mənim fəaliyyətimə gələcək nəsillər qiymət verməlidir”, - deyə V. Putin vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR