Şəkidə ev yanıb

Şəkidə ev yanıb
# 31 dekabr 2019 09:49 (UTC +04:00)

Şəkidə fərdi yaşayış evi yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saat 08.00 radələrində rayonun Kiş kəndində, kənd sakini Gülnarə Tofiq qızı Rəsulova məxsus ümumi sahəsi 350 kv/m olan 4 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR