Rusiyada ağır yol qəzası nəticəsində 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Rusiyada ağır yol qəzası nəticəsində 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb
# 22 yanvar 2017 17:09 (UTC +04:00)

Rusiyada ağır yol qəzası baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Tümen-Xantı-Mansiysk avtomagistralının 864-cü kilometrliyində qeydə alınıb.

“Toyota Rav4” və “Mitsubishi Lancer” avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Hazırda yol-nəqliyyat hadisəsinin təfərrüatları və ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR