"Rabitəbank" "Kartmane" kartları ilə "Black Friday" kampaniyasına qoşulub

"Rabitəbank" "Kartmane" kartları ilə "Black Friday" kampaniyasına qoşulub
# 28 noyabr 2019 15:23 (UTC +04:00)

29 noyabr tarixində “Rabitəbank” ASC-nin bütün filiallarında “Yaşıl Kartmane” debit və tam 100 günlük güzəşt müddəti tətbiq olunan “Kartmane” kredit kartı müştərilərə tamamilə pulsuz təqdim ediləcək.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bundan əlavə, həmin tarixdə “Yaşıl” və “Premium Kartmane” kartı üçün müraciət edən ilk 100 müştərilərə 50 manat “cashback” hədiyyə ediləcək.

Özündə çoxlu sayda üstünlükləri toplayan və unikal “Kartmane” kartı ilə müştərilər istənilən YDM-lərdən 10%-ə dək, bütün kafe və restoranlardan 5%, partnyor şəbəkələrindən 30%-dək “cashbask” əldə edə biləcəklər.

Həmçinin, kartdakı pul qalığına 4% gəlir əldə edə biləcəklər və istənilən zaman kartlarından pulu heç bir əmanət cəriməsi ödəmədən nağdlaşdıra biləcəklər. Daha bir unikal üstünlük isə ölkənin bütün ATM-lərindən nağdlaşdırmanın tamamilə pulsuz olmasıdır.

“Premium Kartmane” sahiblərinə ölkə xaricində müəyyən miqdarda nağdlaşdırma pulsuz, POS-terminal ödənişlərində konvertasiya pulsuz və hava limanlarında “business lounge”lara pulsuz giriş mümkün olacaq.

Qeyd edək ki, nağdsız dövriyyə həcmi 250 manat təşkil olunduğu halda 50 manat “cashback” müştərinin hesabına əlavə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR