Milli Məclisin növbəti iclasının gündəliyi müəyyənləşib

 Milli Məclisin növbəti iclasının gündəliyi müəyyənləşib
# 08 dekabr 2017 12:57 (UTC +04:00)

Milli Məclisin dekabrın 15-də keçiriləcək növbəti plenar iclasının gündəliyi məlum olub.

APA-nın məlumatına görə, iclasın gündəliyinə 38 məsələ daxildir.

Bunlar Seçki, Mülki məcəllələrə, “Avtomobil yolları haqqında”, “İcra haqqında”, “Məşğulluq haqqında”, “Heyvanlar aləmi haqqında” və sair qanunlara dəyişiklik, o cümlədən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” və “Azərbaycan Respublikası Hesablama Palatası haqqında” qanun layihələri və digər sənədlərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR