Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb

Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb
# 08 dekabr 2017 09:16 (UTC +04:00)

Paytaxtda yolu keçən piyadanı maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 7-də saat 21 radələrində Binəqədi rayonu ərazisində Sumqayıt şəhər sakini Veysəl Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR