Bank Of Baku

MN: Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub - VİDEO - YENİLƏNİB

MN: Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub - VİDEO  - YENİLƏNİB
# 18 avqust 2021 09:22 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 17-si saat 21:55-dən avqustun 18-i 01:00-dək fasilələrlə Basarkeçər rayonunun Basarkeçər və Şişqaya yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR