SOCAR 2017-ci ildə BTC kəməri ilə nəqlini 2,3 dəfə azaldıb

SOCAR 2017-ci ildə BTC kəməri ilə nəqlini 2,3 dəfə azaldıb
# 30 yanvar 2018 13:08 (UTC +04:00)

2017-ci il ərzində Azərbaycan neft kəmərləri ilə 32 844,3 min ton neft edilib ki, bu da 2016-cı ilin göstəricisi ilə müqayisədə 6,08% azdır.

APA-Economics”in məlumatına görə, bu barədə Energetika Nazirliyinin 2017-ci il üçün Yanacaq-energetika kompleksində fəaliyyətinə dair hesabatında deyilir.

Məlumata görə, 2017-ci ildə Bakı-Novorossiysk boru kəməri ilə SOCAR tərəfindən 1498,1 min ton neft ixrac edilib. Bu, 2016-cı ilin göstəriciləri ilə müqayisədə 15,33% çoxdur.

SOCAR 2017-ci ildə Bakı-Tbilsi-Ceyhan boru kəməri ilə isə 60,0 min ton neft nəqli həyata keçirib ki, bu da 2016-cı ilin göstəricisi ilə müqayisədə 2,33 dəfə azdır.

Ötən il ərzində Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə isə BP və konsorsium tərəfindən 27 220,5 min ton neft nəqli aparılıb ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə 6,38% azdır.

2017-ci ildə konsorsium tərəfindən Bakı-Supsa boru kəməri ilə isə 791,2 min ton neft nəqli həyata keçirilib ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə 6,88% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR