Azərbaycanın bir neçə rayonunun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın bir neçə rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 08 sentyabr 2015 13:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sentyabrın 9-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Mehdiabad”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Xudat” və “Üalama”, Qazax magistral qaz kəmərləri sahəsinin “Bayramlı”, “Şıxlı-1”, “Göyçay-2”, ''Ucar'', “Zərdab” və “Lək” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyindən "APA-Economics"ə verilən məlumata görə, təmir müddətində Bakı şəhəri Abşeron rayonunun Mehdiabad, Qazax rayonunun Şıxlı, Qaymaqlı və Kəmərli, Xaçmaz rayonunun Xudat və Yalama kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Ucar, Zərdab və Göyçay rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR